Üzeyir Hacıbəylinin xatirəsi anıldı - Video

  18 Sentyabr 2017    Oxunub : 486
Üzeyir Hacıbəylinin xatirəsi anıldı - Video

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev , Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış ediblər.

Nazir Əbülfəs Qarayev Üzeyir Hacıbəyovun anadan olmasının 132 illiyi münasibəti ilə bütün Azərbayacan xalqını və peşəkar musqiçiləri təbrik edib. O, dahi bəstəkarın Azərbaycan musiqisindəki rolunu vurğulayıb.

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə qeyd edib ki, bəstəkarın əsərləri Azərbaycan musiqisini bütün dünyada layiqincə tanıdır və akademiyanın tələbələri də onun yolunu uğurla davam etdirərək müxtəlif festivallarda ölkəmizi layiqincə təmsil edirlər".

Daha sonra tədbirdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Üzeyir Hacıbəylinin əsərlərini səsləndiriblər.



Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
AzVision.az

Teqlər: Üzeyir-Hacıbəyli