Azərbaycanda toxum istehsalı kompleksi tikilir
Hazırda kompleksin laboratoriya və inzibati otaqların yerləşəcəyi binasının tikintisi tamamlanmaq üzrədir. Bundan başqa, birbaşa israilli mütəxəssislərin nəzarəti ilə 6,14 ha ərazidə istixanaların quraşdırılmasına başlanıb. İstixanalarla bərabər, 30 ha açıq sahədə müasir damcı ilə suvarma sistemləri quraşdırılacaq. Nazirlik kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub.
"Müasir toxum istehsalının təşkili yüksək məhsuldarlıq və qida təhlükəsizliyinin təmini üçün vacib amillərdəndir. Yeni istehsal texnologiyalarının tətbiqi bizə yetişdiriləcək məhsulları Avropa və Mərkəzi Asiyanın bazarlarında “Made in Azerbaijan” brendi kimi satışa çıxarmağa imkan verəcək", - deyə məlumatda qeyd edilib.
AzVision.az