Daha bir dəhşətli qəza - 4 nəfər öldü - (VİDEO)

Daha bir dəhşətli qəza - 4 nəfər öldü -
 (VİDEO)
  20 Sentyabr 2017    Oxunub:4110
Biləsuvarda ağır yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.



FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin meyitini “Mercedes” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti