“Yalandan deyirik ki, Şahbaz Rusiyadadır” - Girovun bacısı (VİDEO)

“Yalandan deyirik ki, Şahbaz Rusiyadadır” - Girovun bacısı (VİDEO)
  21 Sentyabr 2017    Oxunub:2115
Erməni girovluğunda olan Şahbaz Quliyevin bacısı İradə Quliyeva anasının gözünün yolda qaldığını bildirib.
Onun sözlərinə görə, anası hələ də Şahbazın girov olduğunu bilmir: "Anam yaşlı qadındır. Yalandan deyirik ki, Rusiyadadır. Yolunu gözləyir. Aldadırıq ki, gələcək. Artıq 4 ildir ki, girovluqdadır. O, bir övlad kimi dünyanın qarşısında həqiqətləri açdı. Bu, çox yaxşı haldır".

Onlar Dilqəm Əsgərovun oğlunun beynəlxalq aləmə səslənməsindən sonra ümidlənib. Şahbazın qohumları da düşünür ki, Kürdoğlunun dilindən çıxan həqiqətlər dünya ictimaiyyətini bir daha bu məsələ barədə dərindən düşünməyə vadar edə bilər.

Əlyar Qarayev: "Çox yaxşı oldu. Onun bu fikrləri səsləndirməsi, həqiqəti deməsi dünyaya səs saldı. Ermənilər yalan danışırdı. Bütün dünya başa düşdü ki, ermənilər səhv yoldadır".

AzVision.az ARB TV-nin Şahbaz Quliyevin ailəsindən hazırladığı reportajı təqdim edir:







Teqlər: Kəlbəcər-girovu   Şahbaz-Quliyev  





Xəbər lenti