Azərbaycanda qəlyan qanunla qadağan olunacaq - (VİDEO)

Azərbaycanda qəlyan qanunla qadağan olunacaq - (VİDEO)
  21 Sentyabr 2017    Oxunub:10503
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə Azərbaycanda qəlyanın tamamilə qadağan olunmasını təklif edib.
Millət vəkili bunu qəlyanın ziyanlı olması ilə əlaqələndirib: “Bu, çox ziyanlıdır. Bunun arxasında kimin dayandığını bilmirəm. Düşünürəm ki, yığışdırılmalıdır. Bəzən deyirlər ki, ölkəyə gələn turistlər istəyirlər. İstənilən turist gəldiyi ölkənin qanunlarına uyğun davranmalıdır".

Deputat Musa Quliyev məsələ ilə bağlı AzVision.az-a bildirib ki, qapalı məkanlarda qəlyan çəkmək qanunla qadağan olunacaq.



“Sulu qəlyanların qapalı məkanlarda çəkilməsinin qadağan olunması “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin II oxunuşunda nəzərə alınıb”.

Millət vəkili qeyd edib ki, adıçəkilən qanun layihəsi payız sessiyasında müzakirə olunacaq və qəbul olunacaq: “Sulu qəlyanlar və elektron siqaretlər digər tütün məhsulları ilə bərabər tutulur və qapalı məkanlarda istifadəsi qadağan olunacaq.

Açıq yay kafe-restoranlarında, kimsə öz həyətində sulu qəlyan çəkə bilər. Bütünlükdə bu zərərli vərdişdir və insan orqanizminə heç bir müsbət təsiri yoxdur. Amma insanlar var ki, bunu istəyir. Qəlyan çəkilən yerlərə yeniyetmələrin və uşaqların buraxılmasını da qadağan etmək olar”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Qəlyan  





Xəbər lenti