Tramp ərəblər arasında müharibənin qarşısını alıb - (VİDEO)

Tramp ərəblər arasında müharibənin qarşısını alıb - (VİDEO)
  21 Sentyabr 2017    Oxunub:2849
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər böhranın yeni başladığı vaxtlarda bu ölkəyə qarşı hərbi əməliyyatlar keçirmək imkanını nəzərdən keçirib.
AzVision.az-ın “Blooomberg” nəşrinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinə zəng edərək bildirib ki, istənilən hərbi əməliyyat bütün Yaxın Şərqdə böhranla nəticələnə bilər. Bu da yalnız İranın xeyrinə olar.



Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətləri kəsib. Buna səbəb Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və onun daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək göstərməsidir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tramp  





Xəbər lenti