Məhərrəmlik ayı başladı - (VİDEO)

  22 Sentyabr 2017    Oxunub : 2343
Məhərrəmlik ayı başladı - (VİDEO)

Bu gündən Məhərrəm ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına görə, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir.

Aşura günü oktyabrın 1-nə düşür. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.

Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.



Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

AzVision.az

Teqlər: Məhərrəmlik