Kim Çen In Trampı “ruhi xəstə” adlandırdı və təhdid etdi - (VİDEO)

  22 Sentyabr 2017    Oxunub : 1380
Kim Çen In Trampı “ruhi xəstə” adlandırdı və təhdid etdi - (VİDEO)

“ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın tamamilə məhv edilməsinin mümkünlüyünə dair BMT Baş Assambleyasındakı düşməncəsinə çıxışı ona baha başa gələcək”

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bunu televiziya ilə çıxışı zamanı Şimali Koreyanın lideri Kim Çen In bildirib.

KXDR lideri vurğulayıb ki, Trampın təhdidləri Pxenyanın seçdiyi raket-nüvə proqramının inkişaf kursunun nə dərəcədə düzgün olduğunu təsdiq edir:

“Trampın sözləri bizi qorxutmadı, lakin tərəfimdən seçilən yol yeganə düz yoldur. Bizim cavab onun gözləntilərini üstələyəcək. Mən bu qoca ruhi xəstəni alovla ram edəcəyəm”.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: KXDR   Tramp   ABŞ