ABŞ kürdlərin referendumunu dəstəkləmədi - (VİDEO)

ABŞ kürdlərin referendumunu dəstəkləmədi  - (VİDEO)
  27 Sentyabr 2017    Oxunub:3017
ABŞ İraq Kürdüstanının müstəqilliyi barədə referendumu dəstəkləmir.

AzVision.az "RİA Novosti"-yə istinadən bildirir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bildirib.
O, qeyd edib ki, ABŞ-ın dövlət katibi Reks Tillerson bir müddət əvvəl hər iki tərəfin nümayəndələri ilə əlaqə saxlayıb.

"Biz öz dərin narahatlığımızı ifadə etdik. Buna birtərəfli referendum kimi baxırıq", - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Noyert, həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar vahid, demokratik İraqı dəstəkləyir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   İraq   Kürdüstan  





Xəbər lenti