Rusiya 5 komandir və 32 silahlını bombaladı - (VİDEO)

Rusiya 5 komandir və 32 silahlını bombaladı - (VİDEO)
  27 Sentyabr 2017    Oxunub:9619
Rusiya Müdafiə Nazirliyi Suriyanın İdlib vilayətində "Cəbhat ən-Nüsra terror təşkilatının 5 səhra komandirinin məhv edilməsinin görüntülərini yayıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, terrorçuların yerinin müəyyənləşdirilməsi üçün kəşfiyyat sistemindən istifadə edilib.
Bundan sonra terrorçuların olduğu əraziyə raket-aviasiya zərbəsi endirilib.

Əməliyyat zamanı İdlib vilayətinin cənub sektorunun rəhbəri, maliyyə məsələləri üzrə əmir, hərb nazirinin müşaviri, dini lider Abdulla əl-Müheysinin köməkçisi, şəriət hakimi və digər 32 terrorçu zərərsizləşdirilib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İdlib   Rusiya  





Xəbər lenti