Faciə: Bir ailənin 6 üzvü qəzada ölüb - (VİDEO)

Faciə: Bir ailənin 6 üzvü qəzada ölüb - (VİDEO)
  27 Sentyabr 2017    Oxunub:5884
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, kənd ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub.


Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimov, qızları Rüfanə, Turanə hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti