Türkiyə XİN-dən Qarabağa qanunsuz səfər edənlərlə bağlı AÇIQLAMA - (VİDEO)

Türkiyə XİN-dən Qarabağa qanunsuz səfər edənlərlə bağlı AÇIQLAMA - (VİDEO)
  30 Sentyabr 2017    Oxunub:3199
Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi mövqeyini əks etdirmir.

AzVision.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu deyib.
XİN rəsmisi qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə davam edəcək.



O, Türkiyənin Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün azərbaycanlı qardaşları ilə birgə çalışdığını əlavə edib.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

AzVision.az


Teqlər: Türkiyə   XİN  





Xəbər lenti