Katalonlar müstəqilliyə “HƏ” dedilər - İlkin nəticələr (VİDEO)

Katalonlar müstəqilliyə “HƏ” dedilər - İlkin nəticələr (VİDEO)
  02 Oktyabr 2017    Oxunub:4877
Ötən gün İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb.
AzVision.az-ın məlumatına görə, katolonların 90 faizi müstəqilliyin lehinə səs veriblər.



Məlumata görə, müsadirə olunan bülletenlər çıxmaqla 2 milyon 262 min 424 seçicidən 2 milyon 20 min 144 nəfəri müstəqilliyin tərəfdarı olduğunu bildirib. 176 min 566 seçici isə müstəqilliyin əleyhinə səs verib. 45 min 586 bülleten boş, 20 min 129 bülleten isə etibarsız hesab olunub.

Qeyd edək ki, Kataloniyada polislə referendum tərəfdarları arasında qarşıdurmalar olub. Baş verən qarşıdurmalar zamanı 761 nəfər xəsarət alıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İspaniya   Kataloniya  





Xəbər lenti