Las-Veqasda ölənlərin sayı 50-yə çatıb - (VİDEO)

Las-Veqasda ölənlərin sayı 50-yə çatıb - (VİDEO)
  02 Oktyabr 2017    Oxunub:5900
Las-Veqasda baş verən silahlı insident zamanı ölənlərin sayı 50-yə çatıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma zamanı 200 nəfər yaralanıb.

***
(12:46)

Las-Veqasda silahlı hücum zamanı azı 20 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.

AzVision.az xəbər verir ki, bu barədə Las-Veqas şəhərinin şerifi açıqlamasında bildirib. Qeyd olunub ki, yaralılar xəstəxanalara yerləşdirilib. Ölənlərin kimliyi hələlik açıqlanmayıb.



***
(11:03)

Las-Veqas şəhərində kazinoda atışma baş verib.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, hadisə "Mandalay Bay Casino"nun yaxınlığında qeydə alınıb.

Atışma nəticəsində iki nəfərin öldüyü, azı 24 nəfərin yaralandığı bildirilir.

Hüquq-mühafizə orqanları kazinoya yaxın yolların bağlanması barədə xəbərdarlıq edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Kazino   Atışma  





Xəbər lenti