12 mindən çox erməni ölkəsini tərk edib - (VİDEO)

12 mindən çox erməni ölkəsini tərk edib - (VİDEO)
  04 Oktyabr 2017    Oxunub:2710
Ermənistanda cari ilin 9 ayı ərzində yalnız hava yolu ilə 12011 nəfər ölkəni tərk edib.

AzVision.az "Joğovurd" qəzetinə istinadən bildirir ki, "Zvartnots" hava limanıdan 933 min 384 erməni ölkədən gedib və 922 min 910 nəfər isə geri qayıdıb.
Eyni zamanda, Gümrünün "Şirak" hava limanı ilə 33 min 713 nəfər yola düşüb, 32 min 176 nəfər qayıdıb.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Ermənistanı tərk edən və qayıtmayan şəxslərin sayı 26 min 681 nəfərdən çox olub. Faktlara görə, Ermənistanı tərk edib, geri dönməyənlərin say müxtəlifliyi 12 min nəfərdən çoxdur.



Ümumiyyətlə, Ermənistandan xarici ölkələrə köçənlərin sayı tam olaraq göstərilmir. Hava yolundan fərqli olaraq, quru yolla ermənilərin kütləvi şəkildə Rusiyaya getdikləri məlumdur.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti