Binəqədini su basdı - Gölə dönən yollar (VİDEO)

Binəqədini su basdı - Gölə dönən yollar (VİDEO)
  04 Oktyabr 2017    Oxunub:6133
Son günlər Bakı və Abşerona yağan aramsız yağışlar bir sıra fəsadlar törədib. Binəqədi rayonunda kollektorların olmaması səbəbindən yollarda keçilməz gölməçələr meydana gəlib, həyətyanı sahələri su basıb.
“Azəravtoyol” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a açıqlamasında bildirib ki, hazırda sözügedən ərazidə təmir işləri aparılır.

“Binəqədi rayonundakı vəziyyətdən xəbərdarıq. Hazırda ərazidə təmir işləri aparılır, kollektorlar quraşdırılır və infrastruktur yenilənir. Xahiş edirik ki, sakinlər bir az da səbr etsinlər. Tezliklə problem aradan qaldırılacaq”.



Balifa Baxşıyeva
AzVision.az


Teqlər: Binəqədi  





Xəbər lenti