“Qazprom” Azərbaycanda nümayəndəlik açır – (VİDEO)

“Qazprom” Azərbaycanda nümayəndəlik açır – (VİDEO)
  06 Oktyabr 2017    Oxunub:5835
Rusiyanın “Qazprom” şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəlik açılması məsələsini təsdiqləyib.
AzVision.az-ın məlumatına görə, bu barədə “Interfax”-a şirkətdən bildirilib.



“Qazprom" 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra "Şahdəniz" yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb. Azərbaycan təbii qaza olan tələbatını özü ödəməyə başlayıb. Hazırda “Qazprom” həm Azərbaycana qaz tədarükü, həm də birgə layihələrə maraqlıdır. Hazırda Azərbaycana qaz tədarükü ilə bağlı SOCAR-la danışıqlar gedir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qazprom  





Xəbər lenti