Naxçıvanın Konstitusiyası dəyişir

Naxçıvanın Konstitusiyası dəyişir
  06 Oktyabr 2017    Oxunub:1512
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun layihəsi barədə müzakirələr aparılıb.

Həmçinin deputatlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrdə dəyişikliklər edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxıblar. Qeyd edilib ki, təklif edilən dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti