Qırğızıstanda baş nazirin müavini qəzada öldü - (VİDEO)

Qırğızıstanda baş nazirin müavini qəzada öldü  - (VİDEO)
  07 Oktyabr 2017    Oxunub:3776
Qırğızıstan Respublikasının baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzası nəticəsində vəfat edib.
AzVision.az
xəbər verir ki, baş nazirin müavinin içində olduğu avtomobil Bişkek – Kara-Balta avtomobil yolunda “KamAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində Temir Cumakadırovla yanaşı, onun köməkçisi və sürücüsü də vəfat edib.



Qeyd edək ki, Temir Cumakadırov qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edib. O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.
Faktla bağlı araşdırmalar başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qırğızıstan  





Xəbər lenti