“Bloomberg” siyahı açıqladı: Qarabağ münaqişəsi dünyanın ilk beşliyində - (VİDEO)

“Bloomberg” siyahı açıqladı: Qarabağ münaqişəsi dünyanın ilk beşliyində  - (VİDEO)
  09 Oktyabr 2017    Oxunub:9264
Dünyada 50-dən artıq seperatizm ocağı mövcuddur.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Qeyd olunub ki, dünyanın ən qaynar münaqişləri siyahısının ilk beşliyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yer alıb. İlk beşliyin siyahısına, həmçinin Şotlandiya, Dnestryanı, İraq Kürdüstanı, Mindanao münaqişələri də əlavə edilib.



1991-1994-cü illər ərzində Ermənistan-Azərbaycan arasında baş verən müharibəyə toxunan agentlik Dağlıq Qarabağ və ətraf 7 rayonun ermənilər tərəfindən işğal olunduğunu bildirib: “Nəticədə milyonlarla məcburi köçkün axını yaranıb”-deyə məlumatda qeyd olunub.

Agentlik aprel döpyüşlərini son 23 ildə ən güclü toqquşma adlandırıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Dağlıq-Qarabağ  





Xəbər lenti