Nazir Ərdoğan üçün mahnı oxudu - (VİDEO)

Nazir Ərdoğan üçün mahnı oxudu - (VİDEO)
  11 Oktyabr 2017    Oxunub:8678
Serbiyanın baş nazirinin müavini və XİN rəhbəri İvitsa Daçiç rəsmi şam yeməyi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün mahnı oxuyub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir türk dilində Osman Ağa mahnısını ifa edib.
Kadrlarda Daçiçin Ərdoğan və onun xanımı Əminə Ərdoğanın, Serbiya prezidenti Aleksandr Vuçiç və onun xanımı Tamaranın əyləşdiyi masanın yaxınlığında mahnı oxuduğu görünür. Ölkə başçıları və digər qonaqlar nazirin çıxışını alqışlarla qarşılayıblar.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ərdoğan   Nazir   Mahnı  





Xəbər lenti