Rusiya Ermənistana 100 milyon dollarlıq hərbi kredit ayırır - (VİDEO)

Rusiya Ermənistana 100 milyon dollarlıq hərbi kredit ayırır - (VİDEO)
  12 Oktyabr 2017    Oxunub:6770
Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məsələ Ermənistan hökumətinin 12 oktyabr sessiyasının gündəliyinə daxil edilib.

Bildirilib ki, iclasda Ermənistan və Rusiya hökumətləri arasında İrəvana kredit ayrılması üzrə sazişinin razılaşdırılmasına baxılacaq.



Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 20 il müddətinə illik 3 faizlə veriləcək. Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub.

Müqavilənin müddəalarına görə, Ermənistanın Müdafiə Nazirliyi və "Rosoboronexsport" ASC arasında müasir silahlanma və texnikanın təmin edilmə proseduru, hərbi texnikanın tətbiqinə aid olan məlumatın təmin edilmə şərtləri, tərəflərin öhdəlikləri, təmir və texnikanın saxlama öhdəlikləri, satın alma ödənişləri və digər məsələlərlə bağlı fərdi qaydada müqavilələr imzalanacaq.

Xatırladaq ki, 2015-ci ilin iyunun 26-da Ermənistan və Rusiya Federasiyası arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti