Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyulub - FOTOLAR+VİDEO

Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyulub - FOTOLAR+VİDEO
  16 Oktyabr 2017    Oxunub:15296
Aprel döyüşlərində yaralanan hərbçi Yaşar Ağayev Türkiyədə əməliyyat olunub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Gülhanə xəstəxanasında baş tutan əməliyyat zamanı Ağayevin baş nahiyəsinə süni kəllə qapağı qoyulub.
Həkimlərin bildirdiyinə görə, hərbçinin baş nahiyəsinə 3 D printerdə hazırlanmış süni kəllə yerləşdirilib.

“Anam əzab çəkdi. Onun yanında başıaçıq gəzə bilmirdim. Mütəmadi olaraq papaqdan istifadə edirdim. Anam hər dəfə başıma baxanda göz yaşlarını saxlaya bilmirdi” - Yaşar Ağayev deyib.



Həkim Yaşarın 5 dəfə əməliyyat olunduğunu bildirib: “Yaşar 5 dəfə əməliyyat olunub. Bu əməliyyatlardan sonra bir il yarım gözləməli olduq. Uğurlu müalicələrdən sonra bu gün xəstəmiz gəzə, danışa bilir. Yaşar əvvəl ümidisiz və depressiyada idi. İndi isə üzü gülür, çox xoşbəxtdir”.









Hafiz Əhmədov
AzVision.az


Teqlər: Aprel-döyüşü  





Xəbər lenti