İraq ordusu daha bir şəhəri kürdlərdən geri aldı - ( VİDEO)

İraq ordusu daha bir şəhəri kürdlərdən geri aldı - ( VİDEO)
  16 Oktyabr 2017    Oxunub:6325
İraq ordusu Kərkükdən cənub-şərqdə yerləşən Tuz – Hurmatu şəhərinə daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə “Əl-İhbaqriya” telekanalı məlumat yayıb.

“İraq hərbçiləri Tuz – Hurmatuya daxil olub və təhlükəsizlik sahəsində vəziyyəti nəzarət altına alıb”.

***
(10:51)

İraqın hökumət qüvvələri kürd yaraqlıların yerləşdiyi Kərkük vilayətinə nəzarəti geri qaytarmaq məqsədilə xüsusi əməliyyata başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata əsasən İraq hərbçiləri artıq vilayətdə yerləşən bir polis məntəqəsi, qaz yataqları və elektrik stansiyasında nəzarəti geri qaytarıb.

İraq hərbçiləri eyni zamanda Kərkükə aparan bir neçə yolu bağlayıb. Son məlumatlara görə, Kərkük şəhərində hava limanına nəzarəti ələ keçirib.



Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: İraq   Kürdüstan  





Xəbər lenti