“Qarabağ”ın azarkeşləri üçün pulsuz avtobus ayrılmayacaq - (VİDEO)

Klub rəsmisi bildirib ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq azarkeşlərin xidmətində olacaq.
N.İbrahimov əlavə edib ki, azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:00-dan etibarən istifadə edə bilər.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletko" oyunu ilə əlaqədar paytaxtda ictimai nəqliyyatın fəaliyyətinə nəzarət gücləndiriləcək.
Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək. Hazırda bilet satışı davam edir. Biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə etmək olar.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: QarabağFK