İraq ordusu Kərkükdə neft yataqlarına nəzarəti ələ keçirib - (VİDEO)

İraq ordusu Kərkükdə neft yataqlarına nəzarəti ələ keçirib - (VİDEO)
  17 Oktyabr 2017    Oxunub:2563
İraq hökuməti Kərkükdəki bütün neft yataqlarına nəzarət edir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İraq Neft Nazirliyinin mətbuat xidmətinin rəhbəri Asim Cihad bildirib.



Nazirliyin rəsmisi deyib ki, dünən regionda neft obyektləri idarəedənlər artıq ərazini tərk ediblər: “Bu gün həmin obyektlərə İraq Təhlükəsizlik Qüvvələri, onlarla birgə Neft Nazirliyi və Şimal Neft şirkətinin mühəndisləri daxil olub”.

Qeyd edək ki, İraqın hökumət qüvvələri kürd yaraqlıların yerləşdiyi Kərkük vilayətinə nəzarəti geri qaytarmaq məqsədilə xüsusi əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İraq   Kərkük  





Xəbər lenti