İŞİD yeni “11 sentyabr”a hazırlaşır - (VİDEO)

İŞİD yeni “11 sentyabr”a hazırlaşır - (VİDEO)
  19 Oktyabr 2017    Oxunub:3457
İŞİD terror qruplaşmasının üzvləri 2001-ci il, 11 sentyabr hadisələrinə bənzər terror aktları törətməyi planlaşdırır.

AzVision.az “Daily Mail”-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxışında bildirib.
“Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları planlaşdırır. Kəşfiyyat bundan əmindir”, - deyə Eleyn Dyuk vurğulayıb.

Dyuk ABŞ xüsusi xidmət orqanlarının təhdidləri zərərsizləşdirmək üçün istifadə edəcəyi üsulları açıqlamayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İŞİD  





Xəbər lenti