200-dən çox ailə Cocuq Mərcanlıya köçmək üçün müraciət edib -(VİDEO)

200-dən çox ailə Cocuq Mərcanlıya köçmək üçün müraciət edib -(VİDEO)
  19 Oktyabr 2017    Oxunub:3363
Cocuq Mərcanlıda növbəti mərhələdə tikilən 100 evə köçmək üçün 200-dən çox ailə müraciət edib.

Bu barədə AzVision.az-a Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov deyib.
İcra başçısının müavini bildirib ki, hazırda yeni tikilən evlərdə, sosial obyektlərdə son tamamlanma işləri görülür.



Qeyd edək ki, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində ikinci mərhlədə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektlər inşa edilib. Tikilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti