İspaniya nəşri “Qarabağ”a görə Azərbaycandan üzr istədi - (VİDEO)

İspaniya nəşri “Qarabağ”a görə Azərbaycandan üzr istədi - (VİDEO)
  20 Oktyabr 2017    Oxunub:4755
İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo" Azərbaycanın "Qarabağ" futbol komandası ilə bağlı səhvi düzəldib.
AzVision.az-ın məlumatına görə, internet səhifəsində "Atletiko Madrid" komandasının futbolçusu Yannik Karrasko haqqında dərc ediən məqalədə "Qarabağ" futbol klubu səhvən erməni klubu kimi təqdim olunub.



Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib, sözügedən məlumat dəyişdirilərək yazıya "Qarabağ" futbol klubunun Azərbaycana məxsus olması barədə məlumat əlavə olunub.




Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İspaniya   Qarabağ  





Xəbər lenti