Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edildi - (VİDEO)

Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edildi - (VİDEO)
  20 Oktyabr 2017    Oxunub:36150
Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi nəzərdə tutan layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.



Bildirilib ki, məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə və ehtiyatsızlıqla törədilən cinayətlərdir.

Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.

Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan azağır kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdam məhrum etmə cəzasının hədləri dəyişdirilib.

Müzakirələrdən sonra Cinayət Məcəlləsinə dəyişikliklər səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Cinayət-Məcəlləsi  





Xəbər lenti