Misirdə silahlı toqquşma: 58 ölü, 15 yaralı - (VİDEO)

Misirdə silahlı toqquşma: 58 ölü, 15 yaralı - (VİDEO)
  21 Oktyabr 2017    Oxunub:2412
Misirin paytaxtı Qahirənin yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma baş verib.
AzVision.az xəbər verir ki, silahlı toqquşma nəticəsində Misir xüsusi təyinatlı polisin təhlükəsizlik xidmətinin 58 əməkdaşı ölüb, 15-i isə yaralanıb.



Belə ki, polis əməkdaşları rayonda gizlənən terrorçuları həbs etmək istəyən zaman terrorçular odlu silahlardan, o cümlədən ağır silahlardan istifadə edərək polisləri atəşə tutublar. Hazırda hadisə yerində cinayətkarların axtarışı aparılır. Axtarış ücün helikopterlər cəlb olunub.

AzVision.az


Teqlər: Misir  





Xəbər lenti