Ermənistanda Rusiyanın iki hərbçisi ölüb - (VİDEO)

Ermənistanda Rusiyanın iki hərbçisi ölüb - (VİDEO)
  24 Oktyabr 2017    Oxunub:3004
Ermənistanda hərbi poliqonda Rusiya Silahlı Qüvvələrinin əsgəri intihar edib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan atəş açaraq təsadüfən hərbçi yoldaşını öldürüb, sonra isə intihar edib.

“Oktyabrın 23-də “Alagəz” poliqonunda təlimlərdən sonra müddətdən artıq xidmətdə olan hərbi qulluqçu təhlükəsizlik tələblərini pozub. O, avtomat silahdan atəş açaraq xidmət yoldaşını ölümcül yaralayıb. Bundan sonra məsuliyyətdən qorxaraq intihar edib”, - məlumatda deyilib.

Hadisə ilə bağlı Cənub Hərbi Dairəsində xüsusi komissiya yaradılıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Əsgər   İntihar  





Xəbər lenti