Ermənistanda tələbələr əsgər aparılacaq - Möhlət hüququ ləğv edildi (VİDEO)

Ermənistanda tələbələr əsgər aparılacaq - Möhlət hüququ ləğv edildi (VİDEO)
  25 Oktyabr 2017    Oxunub:5575
Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Müdafiə” haqqında qanun layihəsi ilk oxunuşda qəbul edilib.

AzVision.az “Novosti Armeniya”-ya istinadən xəbər verir ki, yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.
Məlumata əsasən, qanun layihəsinin lehinə 86 deputat, əleyhinə isə 9 nəfər səs verib.

“Yelk” (Çıxış) blokunun parlament fraksiyasının rəhbəri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının formalaşdırılması prinsipini özündə əksə etdirən, həmçinin hərbi-sənaye kompleksinin inkişaf templərini nəzərdə tutan qanun layihəsini tənqid edib.



Yeni qanun layihəsinə əsasən, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi sülh dövründə müdafiə nazirinə, müharibə dövründə isə Ali Baş Komandana, yəni baş nazirə tabe olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Əsgərlik   Tələbə  





Xəbər lenti