Şeyx 9 müsəlman xanımı nazir təyin edib - (VİDEO)

Şeyx 9 müsəlman xanımı nazir təyin edib - (VİDEO)
  25 Oktyabr 2017    Oxunub:4649
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və baş naziri, Dubayın hakimi Əla-Həzrət Şeyx Mohammad Bin Raşid Al Maktum yeni Kabinetin tərkibini açıqlayıb.

Bu barədə AzVision.az-a Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, kabinet BƏƏ-ni dünyanın süni intellekt və digər qabaqcıl texnologiyalar üzrə ən yaxşı hazırlanmış ölkə etmək tapşırığı alıb.



Şeyx Mohammad deyib ki, yeni hökumət BƏƏ-nin məqsədi biliyi, elmi və tədqiqatı təşviq etmək, həmçinin millətin idarə edilməsinə gəncləri cəlb etməkdir. Yeni hökumət BƏƏ-nin tarixində sayca 13-cidir.

27 yaşlı cənab Omar Bin Sultan Al Olama süni intellekt üzrə dövlət naziri, 30 yaşlı xanım Sara Al Amiri qabaqcıl elmlər üzrə dövlət naziri, xanım Mariam Al Muhairi gələcək qida təhlükəsizliyi üzrə dövlət naziri təyin edilib.

Yeni kabinet 31 nazirdən ibarətdir. Kabinetin tərkibinə 9 xanım nazir daxildir. Bu da hökumətdə qadın təmsilçiliyinin 29 faiz artımı deməkdir.

Qeyd edək ki, mart ayında BƏƏ-ni dünyanın ən yaxşı ölkəsi etmək məsqədilə "BƏƏ Yüzillik Planı-2017" hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BƏƏ  





Xəbər lenti