Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hazırlanır - (VİDEO)

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hazırlanır - (VİDEO)
  26 Oktyabr 2017    Oxunub:2778
Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayır.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu amerikalı həmsədr Endryu Şoffer deyib.



“Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət amildir”, - deyə həmsədr vurğulayıb.

Diplomat qeyd edib ki, ABŞ həmsədr ölkə olaraq Minsk prosesinə sadiqdir: “ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Azərbaycan   Ermənistan  





Xəbər lenti