Deputat partlayışda yaralandı, mühafizəçisi öldü - (VİDEO)

Deputat partlayışda yaralandı, mühafizəçisi öldü - (VİDEO)
  26 Oktyabr 2017    Oxunub:3861
Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.

AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yaralılar arasında Ali Radanın deputatı, “Radikal” partiyasının təmsilçisi İqor Mosiyçuk da var. Ölən şəxsin onun mühafizəçisi olduğu bildirilir.



İqor Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman yolun kənarında motosiklet partlayıb. Hadisə nəticəsində yaralanan deputat xəstəxanaya çatdırılıb.

Ukrayna Daxili İşlər Nazirliyi hadisəni terror aktı kimi araşdırır.

AzVision.az


Teqlər: Ukrayna   Kiyev  





Xəbər lenti