Nazir: "Azərbaycan pomidoru dünyada tanınır" - VİDEO

Nazir: "Azərbaycan pomidoru dünyada tanınır" - VİDEO
  01 Noyabr 2017    Oxunub:2840
"Azərbaycan pomidorlarının Rusiyaya ixracı sahəsində problem görmürük"
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyə pomidorlarının yenidən Rusiyaya buraxılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.



Nazir qeyd edib ki, məqsəd Azərbaycan pomidorlarını təkcə Rusiya bazarları üçün deyil: "Bazar məfhumu həm Avropada, həm Rusiyada, həm də bizdə əhəmiyyətini itirir. Ona görə də logistik mərkəzlərdə malların markalanması kimi işləri həyata keçirib, setlər uğrunda mübarizəyə başlayırıq. Azərbaycan pomidoru dünyada tanınan məhsuldur. Biz Türkiyə ilə birlikdə həmişə Rusiya bazarımı pomidorla təmin etmişik, bu gün də təmin edirik".

Aytən Zəhra
AzVision.az


Teqlər: Heydər-Əsədov  





Xəbər lenti