Bakı metrosunda yenə problem yaranıb - (VİDEO)

Bakı metrosunda yenə problem yaranıb - (VİDEO)
  02 Noyabr 2017    Oxunub:4019
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, saat 08:04-də "Həzi Aslanov" stansiyasında 15 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem olub.



Qurum rəsmisi bildirib ki, həmin qatar xətdən çıxarılıb: "Ona görə də, "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində müəyyən fasilə yaranıb. Qatarlar "Əhmədli" və "Neftçilər" stansiyalarından geri qaytarılıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Saat 8:30-dan etibarən stansiyada hərəkət bərpa olunub. Hazırda qatarların hərəkətində hər hansı bir problem yoxdur".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro  





Xəbər lenti