Qurban Qurbanov millimizin baş məşqçisi təyin edildi - (VİDEO)

Qurban Qurbanov millimizin baş məşqçisi təyin edildi - (VİDEO)
  03 Noyabr 2017    Oxunub:9621
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

AFFA-dan AzVision.az-a verilən məlumata görə, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub.
Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.



AzVision.az


Teqlər: AFFA   Qurban-Qurbanov  





Xəbər lenti