“Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib” - Oqtay Əsədov
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov Gürcüstanın Ermənistan üçün yeni dəhliz açması ilə bağlı təklifə münasibət bildirərkən deyib.
Millət vəkili Rasim Musabəyov da bununla bağlı narahatlığını bildirib.
Qeyd edək ki, Gürcüstanın baş nazir Georgi Kvirikaşvili bir neçə gün öncə parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər. Həmin vaxt Gürcüstan müxalifəti baş nazirin təklifinii sərt tənqid edib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis