Qalmaqallı Tramp, Qarabağa “Böyük qayıdış” və prezident seçkiləri - VİDEOTƏHLİL

Qalmaqallı Tramp, Qarabağa “Böyük qayıdış” və prezident seçkiləri - VİDEOTƏHLİL
  30 Dekabr 2017    Oxunub:18260
2017-ci il artıq başa çatır. Yola salmağa hazırlaşdığımız ildə ölkəmizdə və dünyada bir sıra mühüm hadisələr baş verdi. Ümumilikdə, Azərbaycan üçün 2017-ci ili uğurlu il kimi qiymətləndirmək olar.
24 ildən sonra Cocuq Mərcanlıya köçlə Qarabağa “Böyük qayıdış”ın təməli qoyuldu, məhz bu il əsrin layihəsi hesab olunan Bakı-Tbilisi-Qars (BQT) layihəsi işə düşdü.

Bundan əlavə Azərbaycanda keçirilən bir sıra mühüm tədbirlər, ölkə başçısının uğurlu xarici səfərləri, beynəlxalq arenada işğalçı Ermənistan üzərində əldə etdiyimiz diplomatik üstünlüklər, dünyanın əksər ölkələrinin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsini 2017-ci ilin uğurları siyahısına daxil etmək olar. Gələn il isə ölkəmizi daha önəmli hadisə - növbəti prezident seçkiləri gözləyir.

2017-c il ölkə xaricində daha çox ABŞ prezidentin Donald Trampım qalmaqallı Qüds qərarı, İŞİD-in məhvi, separatçıların referendumu, Şimali-Koreya ilə Qərb ölkələri arasında alovlanan müharibə təhdidləri ilə yadda qaldı.

AzVision.az ilin iqtisadi-siyasi nəticələri, 2018-ci ildən gözləntilərin videotəhlilini hazırlayıb. Təqdim etdiyimiz videoda ilin hesabatı ilə tanış ola bilərsiniz:



Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədo
v



Teqlər: Hesabat   Qarabağ   BTQ   Seçki   Azərbaycan  





Xəbər lenti