Gömrükdə 15 qutu pirotexniki vasitə aşkarlanıb

Gömrükdə 15 qutu pirotexniki vasitə aşkarlanıb
  04 Yanvar 2018    Oxunub:1302
Gömrükdə 600 ədəd pirotexniki vasitə müsadirə edilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının söykənəcəyi ilə yanacaq çəninin arasında xüsusi düzəldilən yerdən gömrük nəzarətindən gizlədilən, hər birində 40 ədəd olmaqla üzərində "Black Devil EK 23" yazısı olan 15 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Gömrük   Pirotexniki  





Xəbər lenti