Bayram günlərində heç kim işıqsız qalmayıb

Bayram günlərində heç kim işıqsız qalmayıb
  04 Yanvar 2018    Oxunub:1175
Paytaxt Bakıda və Azərbaycanın regionlarında bayram günlərində elektrik enerjisi ilə təchizat sarıdan heç bir problem yaşanmayıb.
“Azərişıq” ASC-dən AzVision.az-a verilən məlumata görə, bu, ölkənin elektrik enerjisi şəbəkəsində son illər həyata keçirilən əsaslı yenidənqurma, infrastrukturun yenilənməsi istiqamətində görülmüş sistemli işlərin birbaşa nəticəsidir.

“Azərişıq” ASC bayram günləri ərzində gücləndirilmiş iş rejimində işləyib və elektrik enerjisi ilə təchizat baxımından problemlərlə bağlı daxil olan bütün müraciətlərə çevik reaksiya verib.

Bayram günləri ərzində “Azərişıq” ASC-nin 199 saylı “Cağrı mərkəzi”nə cəmi 48 fərdi müraciət daxil olub. Əməkdaşlar operativ qaydada həmin ünvanlara baş çəkərək müraciətlər əsasında lazım olan tədbirləri görüblər.

O cümlədən, bayram günləri ərzində ölkənin qış turizmi bölgələrində elektrik enerjisi təchizatının fasiləsiz təmin edilməsi üçün bütün ehtiyat tədbirləri görülmüşdü. Nəticədə bu bölgələrdə də elektrik təchizatı sarıdan heç bir problem qeydə alınmayıb və bu da bölgələrə axın edən yerli, xarici turistlərin istirahətinin yüksək səviyyədə təmin olunmasına imkan verib.

AzVision.az


Teqlər: Azərişıq   Elektrik   Enerji  





Xəbər lenti