“Android”də işləyən ən yaxşı smartfonlar – SİYAHI (VİDEO)

  06 Yanvar 2018    Oxunub : 8880
“Android”də işləyən ən yaxşı smartfonlar – SİYAHI (VİDEO)
Ekspertlər Çin istehsalı olan “Huawei Mate 10 Pro” telefonunu Android əməliyyat sistemində (ƏS) işləyən ən yaxşı smartfon olduğunu bəyan edib.

AzVision.az xəbər verir ki, bu barədə “Android Authority” portalı məlumat yayıb.
“Android Authority” portalı tərəfindən keçirilən testlər zaman həlledici faktorlar kimi texniki parametrlər, işləmə sürəti, akkumulyatorun imkanları, qiymət, həmçinin kamera götürülüb. Bundan əlavə fotoşəkillərin keyfiyyəti istifadəçilərin səsləri əsasında müəyyənləşib.



Testlərin nəticəsinə əsasən “Huawei Mate 10 Pro” 361 bal toplayıb, Cənubi Koreya istehsalı olan “Samsung Galaxy Note 8” isə 354 bal toplayıb. Üçüncü yerdə isə 337 balla “OnePlus 5T” qərarlaşıb.

Siyahıda həmçinin “Nokia 8”, “LG V30”, “Pixel 2 XL”, “Moto Z2 Force”, “Sony Xperia XZ1”, “Razer Phone” və “BlackBerry KEYone Black”-də yer alıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Android   Note8   Huawei