Goranboyda tapılan 104 yaşlı qadın kimdir? - Müəmmalı vəziyyət
“Təmiz Dünya” ictimai Birliyinin sədri Mehriban Zeynalova AzVision.az-a bildirib ki, yaşlı qadın onların sığınacağına gətiriləndə əlində sənəd kimi təqdim etdiyi kağız parçası olub.
“Sənəd kimi təqdim etdiyi kağız parçası çox köhnə idi, heç nə oxumaq mümkün deyildi. Biz qadın haqqında onun dediklərinə əsasən məlumat yazmışdıq. Həmçinin onun Çeçenistandan olmasına da əmin deyiləm. Bizə Çeçenistandan zəng edib dedilər ki, onlarda belə ad, soyadda vətəndaş yoxdur”.
Qeyd edək ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər. Qadın müayinədən keçirilmək üçün rayon xəstəxanasına yerləşdirilib, daha sonra “Təmiz Dünya” ictimai birliyinin Bakdakı sığınacağına təhvil verilib. Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə çeçen olduğunu bildirib. O, Kərbalaya getdiyini və aldadılaraq bura gətirildiyini iddia edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Goranboy