Ötən il 3911 nəfər peşə kursuna cəlb olunub - Fotolar
Ümumilikdə ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərdən 432 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub. Kurslarda əməliyyatçı mühasib, inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, kompüter istifadəçisi, qənnadçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər və s. peşələr öyrədilib. Peşələrin daha asan və optimal şəkildə öyrədilməsi üçün tədris prosesində modul təlim proqramlarından istifadəyə də geniş yer verilib.
Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə peşəyönümü tədbirləri ötən il də davam etdirilib. 2017-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil edilən peşəyönümü tədbirlərində 105,3 min nəfər əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.
AzVision.az
Teqlər: ƏƏSMN