Zakir Fərəcov iki məmuru işdən çıxardı

Zakir Fərəcov iki məmuru işdən çıxardı
  08 Yanvar 2018    Oxunub:6269
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov vəzifəsindən azad edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, F.Kərimov işdən öz ərizəsi ilə ayrılıb.
İcra başçısı Zakir Fərəcov onun istefa ərizəsini qəbul edərək işdən azad edilməsi barədə qərar verib.

Bundan əlavə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev də işdən çıxarılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Sumqayıt   İcra-Hakimiyyəti  





Xəbər lenti