Zakir Həsənov zabitlərlə görüşdü - FOTOLAR

  08 Yanvar 2018    Oxunub : 832
Zakir Həsənov zabitlərlə görüşdü - FOTOLAR
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 8-də hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqlarla keçirilən təlim-metodiki toplantıya cəlb olunan heyətlə görüşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən müdafiə naziri 2017-ci ildə döyüş və mənəvi-psixoloji hazırlıq sahəsində görülən fəaliyyətlərin təhlilini apararaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.



Cari tədris dövründə bu istiqamətdə müəyyən edilmiş prioritetlər barədə danışan Müdafiə naziri hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi kollektivlərdə sağlam rəqabət atmosferinin inkişaf etdirilməsi, əsgər və zabitlərin şəxsi xüsusiyyətləri nəzərə alınmaqla fərdi tərbiyə işinin planlı şəkildə həyata keçirilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.



Z. Həsənov qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi