Xanım Qafarovanın qızına ev hədiyyə edildi

Xanım Qafarovanın qızına ev hədiyyə edildi
  08 Yanvar 2018    Oxunub:2914
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov mərhum aktrisa Xanım Qafarovanın qızına mənzil hədiyyə edib.
AzVision.az-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva özünün “Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, ev 20 gün ərzində tam təmir olunaraq Xanım Qafarovanın qızına veriləcək.

“Mərhum aktrisamız Xanım Qafarovanın kiçik yaşlı balası,yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi. Hər ay baş çəkirəm bu ailəyə.Əlimizdən gələn dəstəyi göstəririk, amma mənzillə kömək imkanlarımız olmadığından bir çox şirkətlərimizə, iş adamlarına müraciət etdim ki, bu ailəyə kiçik də olsa bir mənzillə dəstək olsunlar. Amma dəstək olmaq istəyən olmurdu. Nəhayət, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz müəllimə xahiş etdim bu ailəyə mənzillə kömək olunsun deyə. Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim".

AzVision.az



Teqlər: Mübariz-Mənsimov  





Xəbər lenti