Buzlu yolda 35-dən çox maşın toqquşdu - 15 yaralı

Buzlu yolda 35-dən çox maşın toqquşdu - 15 yaralı
  09 Yanvar 2018    Oxunub:1323
ABŞ-ın Corciya ştatında yolların buz bağlaması ilə əlaqədar 35-dən çox maşın toqquşub, hadisə nəticəsində 15 nəfər yaralanıb.
AzVision.az “ABC News”-ə istinadən xəbər verir ki, qəza nəticəsində yaralanan şəxslərin həyatı üçün heç bir təhlükə yoxdur.

“ABC News” telekanalının yaydığı məlumata görə, qəza nəticəsində təxminən 378 litr benzin yola dağılıb. Faktla bağlı araşdırmalar aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: ABŞ   Qəza  





Xəbər lenti